Rusiyanın ən böyük avtomobil istehsalçısı olan AvtoVAZ 50 ildən artıqdır ki, dünyaca məşhur LADA brendi adı altında etibarlı və möhkəm avtomobillər istehsal edir. AvtoVAZ 1966-cı ildə Rusiyanın Togliatti şəhərində dünyada ən iri avtomobil istehsalçılarından biri olan Fiat ilə əməkdaşlıq əsasında yaradılıb. Fiat 124 modeli əsasında 1970-ci ildə buraxılan ilk model VAZ-2101 tez bir zamanda populyarlıq qazanaraq Lada-nın davamlı irsinin əsasını qoydu. Onilliklər ərzində, Lada qlobal miqyasda milyonlarla sürücü tərəfindən etibar edilən bir markaya çevrilib.




Lada qlobal brend kimi Latın Amerikası və MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələrinin avtomobil bazarında böyük pay sahibdir. Dayanıqlılığı, etibarlılığı eləcə də çətin sürücülük şəraiti olan regionlarda texniki xidmətininin asan təşkili Lada brendinə məxsus avtomobilləri sürücülər arasında populyar edən ünsürləndəndir.