LADA Granta
LADA Granta kiməsə nəyisə sübut etməyə ehtiyacı yoxdur. O, artıq bir milyondan çox sürücünün etimadını qazanıb və sınaqlardan məharətlə keçmişdir. Artırılmış asma hərəkəti, xüsusi şassi parametrləri və bir çox müasir texnologiyalar səyahəti rahat və təhlükəsiz edir. LADA Granta eleqant və yığcam, praktik və çox yönlü köməkçi, müttəfiq və yaxşı dostdur. O, sizin həmişə güvənə biləcəyiniz çox etibarlı avtomobildir.
LADA Granta
STİL HİSSİ
Zövqlər və istəklər fərqlidir. Kimsə geniş avtomobillərə üstünlük verirsə, kimsədə yığcam avtomobillər xoşlayır. Biri sürəti sevirsə, digəri yaxşı manevr qabiliyyətini üstün tutur. Kimsə praktikliyi, kimsədə eleqant dizaynı seçir. LADA Granta sedan öz müasir dizaynı ilə özündə bir çox xarakter və temperamentlər birləşdirir.
GENİŞ VƏ RAHAT İNTERYER
Bir sürücü nə xəyal edir? Sükan arxasına əyləşsin və avtomobilin məhz onun üçün xüsusi olaraq hazırlandığını hiss etsin. Sərnişinin istəyi nədir? Rahat və geniş oturacaqlarda oturaraq, pəncərədən yol boyu ətrafı seyr edərək səyahət etmək. Geniş interyer, parça oturacaqlar, bort komputer və kondisioner həm qısa, həm də uzun səfərlərdə hər kəs üçün rahatlıq yaradır.
İSTƏNİLƏN ŞƏRAİTDƏ RAHATLIQ
Granta LADA brendinin özünəməxsus ənənələri əsasında, istənilən iqlim və yol şəraitində maksimal rahatlıq təmin etmək üçün dizayn edilmişdir. Beş nəfərlik geniş salonu ilə Granta, həm rahat, həm də praktik bir səyahət təcrübəsi təqdim edir. Geniş oturacaqlar və geniş ayaq sahəsi ilə hər bir səyahət komfortlu olacaq.
TƏHLÜKƏSİZLİK
Granta, LADA brendinə məxsus modellər arasında etibarlılığı və təhlükəsizliyi ilə daim seçilir. Müasir təhlükəsizlik xüsusiyyətləri ilə təchiz edilmiş avtomobil, hər səyahətinizi təhlükəsiz və rahat edir.ABS, təhlükəsizlik yastıqları, təhlükəsizlik kəmərləri və ERA-GLONASS xəbərdarlıq sistemi kimi köməkçi təhlükəsizlik sistemləri həmişə hazır vəziyyətdədir:Onları yoxlamaq və ya sınaqdan keçirmək ehtiyac yoxdur, amma onlar haqqında məlumatlı olmaq lazımdır.

MÜHƏRRİK
LADA Granta mühərrikləri, yüksək davamlılığı və etibarlılığı ilə rəqiblərindən geridə qalmır. Bu mühərriklər, uzun illər boyunca minimal texniki xidmətlə yüksək performans göstərmək üçün nəzərdə tutulmuşdur.8-klapanlı 90 at güclü mühərrik 1.6 litrlik benzin mühərrik gündəlik sürüşlər üçün optimal güc və yanacaq səmərəliliyi təqdim edir.

1.6 L
Həcmi: 1596 sm
Güc: 90 at gücü (66 kVt) 5000 rpm-də
Fırlanma anı: 3800 rpm-də 143 Hm
Standartı: AVRO-5
RƏNG SEÇİMİ

FOTOQALEREYA
XÜSUSİYYƏTLƏR


Uzunluğu/Eni/Hündürlüyü, mm | 4268/1700/1500 |
Yük bölməsinin tutumu, L | 520 |
Təkər bazası, mm | 2476 |
Klirens | 180 |
Mühərrik həcmi sm3 | 1600 |
Maksimum at gücü (kvt/a.g) | 66/90 |
Maksimum sürət (km/saat) | 180 |
Sürət yığma 0-100 km.s | 11.1 |
Yanacaq çəninin tutumu, L | 50 |
Yanacaq sərfiyyatı, L/100 km | 6.8 |
Emissiya Standartı | AVRO V |
Sürətlər qutusu | 5MT |
Sürücü və ön sərnişin təhlükəsizlik yastıqları | ● |
Təhlükəsizlik kəmərləri | ● |
Sürücü təhlükəsizlik kəməri xəbərdarlıq indikatoru | ● |
ISOFIX | ● |
Arxa qapıların uşaqlar tərəfindən açılmasına qarşı kilidlənməsi | ● |
ABS/EBD | ● |
Əyləc dəstək sistemi (BAS) | ● |
Bort komputer | ● |
Tünd boz parça oturacaqlar | ● |
Mərkəzi konsulda 12V cərəyan | ● |
Sükanın elektrikli tənzimlənməsi | ● |
Mərkəzi kilid sistemi | |
Elektrikli ön şüşə qaldırıcılar | ● |
Elektrik ötürücülü baqaj bölməsi qapısı | ● |
Kondisioner | ● |
15” təkər diskləri | ● |
Gündüz işıqları | ● |
|
|
|
|
|
|
|
|