ESC TƏHLÜKƏSİZLİK SİSTEMİ İLƏ LADA VESTA ISTEHSALINA BAŞLANILIR

AVTOVAZ, sanksiya təzyiqinin artması ilə müvəqqəti olaraq itirilmiş LADA avtomobillərinin opsiyalarını planlı şəkildə bərpa edir. Belə ki, şirkət, ESC kurs sabitliyini təmin edən sistemlə təchiz edilmiş LADA Vesta avtomobilinin istehsalına başlamaq üçün hazırlıqları uğurla tamamladı. LADA Vesta avtomobillərinin ESC və bir sıra digər komfort və təhlükəsizlik opsiyaları ilə seriyalı istehsalına 2024-cü ilin avqust ayının sonuna qədər başlanacaq.

Kurs sabitliyini təmin edən ESC sistemi (Electronic Stability Control), sürücünün təyin etdiyi avtomobilin hərəkət trayektoriyasını qoruyub saxlamağı təmin edən və avtomobilin keçid qabiliyyətini yaxşılaşdıran bir sistemdir və Rusiyada hazırlanıb. ESC sistemi özündə anti-bloklama sistemini (ABS), avtomobilin oxları üzrə əyləc qüvvələrinin paylanması sistemini (EBD), döngədə avtomobilin sabitliyini təmin edən sistemi (CSC), döngələrdə sürüşməyə qarşı sistemini (AYC), sürüşmə əleyhinə sistemi (TCS), hidravlik əyləc yardımçısını (HBA), avtomobilin yamacda saxlanılması və hərəkətə başlanması zamanı avtomatik saxlanmasını təmin edən sistemi (HAS) və təcili əyləc zamanı fövqəladə siqnal işarəsinin yandırılması sistemini (AHW) birləşdirir.

ESC sisteminin LADA Vesta avtomobilləri üçün sınaqları 2 il ərzində aparılıb. Avtomobillər, müxtəlif iqlim şəraitlərində və müxtəlif yol örtüklərində, o cümlədən qış poliqonlarında və ictimai yollarında uğurla uyğunlaşdırılmışdır. Testlər zamanı anti-bloklama və sürüşmə əleyhinə sistemlərin, avtomobilin oxları üzrə əyləc qüvvələrinin paylanması, sabitlik nəzarəti, yamacda hərəkətə başlama zamanı sürüşmənin qarşısının alınması sistemlərinin optimal parametrləri müəyyən edilmişdir.

Leave A Comment

Söhbəti davam etdir
Sualınız var?
LADA
Salam, hörmətli müştəri! Buyurun, sizə necə köməklik edə bilərik?